Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı Apelyasiya Məhkəməsi həbsdə olan baş redaktorun işinin birinci instansiya məhkəməsinə qaytarılması ilə bağlı qərar qəbul edib.
Bu barədə cümə axşamı Trend-ə məhkəmədən məlumat verilib.
Sentyabrın 30-da məhbus jurnalist Eynulla Fətullayevin apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Narkotik ittihamı ilə bağlı Qaradağ Rayon Məhkəməsinin hökmündən apelyasiya şikayəti verən jurnalist ona bəraət verilməsi və dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb edir.
Qaradağ Rayon Məhkəməsi iclas protokollarına verilən əlavə və qeydlərin edilməsi ilə bağlı qərar çıxarıb və işi birinci instansiyaya qaytarıb.
2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq, 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.
Bu ittihamla Fətullayev bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.