...

Köln şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycan nağılı təqdim olunub

Cəmiyyət Materials 5 Oktyabr 2010 11:33 (UTC +04:00)
Köln şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycan nağılı təqdim olunub
Köln şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycan nağılı təqdim olunub

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir M.Əliyev/

Almaniyanın Şimali Rayn-Vestfalen əyalətinin Köln şəhərində "Mədəniyyətlərarası Həftə" (Interkulturelle Woche) keçirilib. Bu çərçivədə təşkil olunan tədbirlərdən biri də "Dünya ölkələrinin nağılları" festivalıdır.

İkigünlük festivalda 20 ölkədən nağıllar təqdim edilib, müxtəlif xalqların musiqilərindən nümunələr səsləndirilib. Köln Şəhər Bələdiyyəsinin təşkil etdiyi və İGNİS Mədəniyyət Mərkəzində keçirilən festivalda beş qitənin mədəniyyəti təmsil olunub və Azərbaycan nağılı da dinləyicilərin diqqətinə çatdırılıb, - məlumatı çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb.

Tədbirə toplaşanlar üçün Azərbaycanla yanaşı, Bolqarıstan, Böyük Britaniya, Finlandiya, İtaliya, Yaponiya, Kanada, Kolumbiya, Meksika, Qvineya, Kamerun, Çexiya, Litva, Ukrayna və digər ölkələrdən olan uşaq və eyni zamanda, böyüklər üçün də nəsihətlədolu nağıllar səsləndirilib. Tədbirdə, ilk olaraq, Azərbaycan nağılı "Tıq-tıq xanim" qonaqlara təqdim olunub.

Aparıcı Florian Sever Azərbaycan haqqında qısa məlumat verib, sonra iki dildə - Azərbaycan və alman dillərində nağıl oxunub. "Tıq-tıq xanim" nağılını alman dilində aktrisa Kristina-Mariya Qreve böyük ustalıqla oxuyub. Sonra Almaniyada yaşayan soydaşımız, Köln Konservatoriyasının dosenti, pianoçu Elnarə İsmayılova Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun miniatürlərini ifa edib. Azərbaycan nağılı gecəsinin təşkilində Köln Şəhər Bələdiyyəsinə Almaniya-Azərbaycan Forumu və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi də dəstək verib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə çərçivəsində hazırlanan yazılar aşağıdakı linqlərdir:

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti