...

Azərbaycanda bəzi qüvvələr dindən Parlament seçkilərində öz siyasi məqsədləri üçün istifadə etmək istəyirlər - Dövlət Komitəsinin sədri Hidayət Orucov (YENİLƏNİB)

Cəmiyyət Materials 8 Oktyabr 2010 12:33 (UTC +04:00)
Bəzi qüvvələr dindən qarşıdakı seçkilərdə öz siyasi məqsədləri üçün istifadə etmək istəyirlər
Azərbaycanda bəzi qüvvələr dindən Parlament seçkilərində öz siyasi məqsədləri üçün istifadə etmək istəyirlər - Dövlət Komitəsinin sədri Hidayət Orucov (YENİLƏNİB)

RED: əlavəsi: Hidayət Orucovun fikirləri əlavə olunub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bəzi qüvvələr dini sabitliyi pozmağa cəhd edir. Bəzi qüvvələr dindən Azərbaycanda noyabrın 7-də keçiriləcək Parlament seçkisində öz siyasi məqsədləri üçün istifadə etmək istəyirlər. Dini sabitliyi pozmaq istəyən qüvvələr İslam, eləcə də qeyri-islam təriqətinə qulluq edənlərdir, - Trend-in məlumatına görə, bunu cümə günü hakim Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Azərbaycanda dini sabitliyi pozmaq istəyənlər bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının maraqlarına xidmət edərək, istiqamətləndirici tövsiyələr istiqamətində fəaliyyət göstərirlər. Həmin qüvvələr siyasi, şəxsi, qrup maraqlarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar", - Orucov deyib.

Komitə sədri bu cür qüvvələrin sayının çox az olduğunu da deyib.

"Cəmiyyətimiz və dövlətimiz bu qüvvələrə qarşı barışmazdır. Azərbaycanda dini sabitlik, insanların dini etiqad azadlığının təmin olunması, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi yalnız regionda deyil, dünyada da maraq doğurur. Azərbaycan bu sahədə regionda öncüldür. Dünyada da Azərbaycanın bu sahədə gördüyü işlər müsbət dəyərləndirilir, yaxşı qarşılanır", - Orucov əlavə edib.

Orucov bildirib ki, dini icmaların bəzisi təkrar dövlət qeydiyyatından keçməkdə maraqlı deyil.

İndiyədək 24 dini icmanın qeydiyyatından imtina olunub. Onlardan 15-i İslam, 9-u qeyri-islam təmayüllüdür.

Xəbər lenti

Xəbər lenti