...

Azərbaycan Ali Məhkəməsinin məhkəmə kollegiyalarının yeni tərkibi təsdiq olunub

Cəmiyyət Materials 8 Oktyabr 2010 13:35 (UTC +04:00)
Ali Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, Plenumda Ali Məhkəmə yanında Elmi Məsləhət Şurasının tərkibi, Ali Məhkəmənin bülleteninin yeni redaksiya heyətinin tərkibi və Ali Məhkəmənin 2010-cu ilin ikinci yarısı üçün iş planı təsdiq edilib.
Azərbaycan Ali Məhkəməsinin məhkəmə kollegiyalarının yeni tərkibi təsdiq olunub

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin Plenumu məhkəmə kollegiyalarının yeni tərkibini təsdiq edib.

Ali Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, Plenumda Ali Məhkəmə yanında Elmi Məsləhət Şurasının tərkibi, Ali Məhkəmənin bülleteninin yeni redaksiya heyətinin tərkibi və Ali Məhkəmənin 2010-cu ilin ikinci yarısı üçün iş planı təsdiq edilib.

Plenumda "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" qərar layihəsi müzakirə edilib. Müzakirələr zamanı qərar layihəsinin daha da təkmilləşdirilməsi üçün təhlillər aparılıb, təkliflər irəli sürülüb.

Plenum müzakirə olunan məsələlər və baxılmış işlər barədə müvafiq qərarlar qəbul edib.

Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov və Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti