...

Litva universitetləri azərbaycanlı tələbələrə öz qapılarını açır

Cəmiyyət Materials 8 Oktyabr 2010 17:22 (UTC +04:00)
Bu il Litvanın müxtəlif şəhərlərindən olan 10-dan çox ali təhsil ocaqları Bakıda Beynəlxalq Təhsil və Karyera Sərgisində fəal iştirak edirlər.
Litva universitetləri azərbaycanlı tələbələrə öz qapılarını açır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir А.Qasımova/

Bu il Litvanın müxtəlif şəhərlərindən olan 10-dan çox ali təhsil ocaqları Bakıda Beynəlxalq Təhsil və Karyera Sərgisində fəal iştirak edirlər. Bu barədə Litvanın Azərbaycandakı səfirliyindən verilən məlumatda deyilir. Litvanın ali məktəbləri bakalavr, magistr və doktorantlar üçün sosial, humanitar, təbiət elmləri, biotibb və texnologiya üzrə ingilis və rus dillərində müxtəlif kurslar təklif edir.

"Litvada azərbaycanlı gənclərin elmə, təhsilə böyük marağı və bizim ölkəyə isti münasibətləri bizi heyrətləndirir, - Gediminas adına Vilnüs Texniki Universiteti və Kaunas Texnoloji Universitetinin nümayəndələri bu barədə öz fikilərini bölüşüblər. - Əksər universitetlərimizin qəbul imtahanları aparmaması və tələbələri məktəb attestatı və ya universitet diplomu əsasında qəbul etdiyini öyrənən gənclər seviniblər".

"Ölkələrimiz arasında yaxın münasibətlər və bizim ümumi tariximiz Baltikyanı ölkələrdə azərbaycanlı gənclər üçün təhsil seçimində güclü təkandır, - Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzmanas deyib. - Bundan əlavə, universitetlərimiz Avropa və bütün dünyada tanınan çox yüksək təhsil səviyyəsi təklif edə bilərlər".

Bu il Litva səfirliyi və Heydər Əliyev Fondu arasında imzalanmış memoranduma əsasən, 22 tələbəyə Litvada ödənişsiz araşdırma təklif olunub.

Xəbər lenti

Xəbər lenti