...

Futbol üzrə milli yığmamız Avstriya yığmasına məğlub olub

Cəmiyyət Materials 9 Oktyabr 2010 02:20 (UTC +04:00)
Futbol üzrə milli yığmamız 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına seçmə oyunları çərçivəsində keçirdiyi növbəti görüşündə Avstriya yığmasına 0:3 hesabı ilə məğlub olub.
Futbol üzrə milli yığmamız Avstriya yığmasına məğlub olub

Futbol üzrə milli yığmamız 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatına seçmə oyunları çərçivəsində keçirdiyi növbəti görüşündə Avstriya yığmasına 0:3 hesabı ilə məğlub olub.

Yerli vaxtla cümə günündə Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən Ernst Happel adlı stadionda keçirilmiş oyunda Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun yetirmələri rəqibə üstün gələ bilməyib və öz qapılarından üç cavabsız top buraxıblar. Qolları oyunun 3-cü dəqiqəsində Sebastyan Prödl, 53-cü və ikinci hissənin əlavə olunmuş ikinci dəqiqəsində isə Marko Arnautoviç vurublar.      

Xəbər lenti

Xəbər lenti