...

Somali dəniz quldurları gürcü dənizçilərin qohumlarından pul tələb edirlər

Cəmiyyət Materials 18 Noyabr 2010 16:56 (UTC +04:00)
Somali dəniz quldurları girov götürdükləri 13 gürcü dəniziyə görə pul gözləyirlər.
Somali dəniz quldurları gürcü dənizçilərin qohumlarından pul tələb edirlər

Gürcüstan, Tbilisi, 18 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Somali dəniz quldurları girov götürdükləri 13 gürcü dəniziyə görə pul gözləyirlər. Quldurlardan birinin Gürcüstanın İctimai televiziyasına verdiyi müsahibəsində dediyi kimi, gürcülər bu vaxta qədər onlar tərəfindən girov saxlanılır və onları 1 milyon ABŞ dolları məbləğində pul aldıqdan sonra azad edəcəklər.

Onun sözlərinə görə, əks halda dənizçiləri güllələmə gözləyir. Girovlara artıq 23 gündür ki, qida və su verilmir.

"Oliq ci" gəmisi 2010-cu il sentyabrın 7-də saxlanılıb. Gəmidə 42 nəfər olub, onlardan 13-ü Gürcüstan vətəndaşıdır.

Girovların doğmaları hakim qüvvələrin mövcud vəziyyətə müdaxilə etməsini tələb edərək Batumidə etiraz aksiyası keçirirlər. Dünən Acarıstan Muxtar Respublikasının rəhbəri Levan Varşalomidze aksiyaçılarla görüşüb və girovların azad edilməsinə yardım edəcəyinə söz verib.

Xəbər lenti

Xəbər lenti