...

Azərbaycanda jurnalistlər üçün xarici dil kursları təşkil edilir

Cəmiyyət Materials 19 Noyabr 2010 18:29 (UTC +04:00)
"Kaspi" Təhsil Mərkəzi Azərbaycan jurnalistləri üçün ingilis dili kursları təşkil edir. Jurnalistlərin xarici dilə öyrədilməsi baza səviyyəsindən aparılacaq.
Azərbaycanda jurnalistlər üçün xarici dil kursları təşkil edilir

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir M.Əliyev/

"Kaspi" Təhsil Mərkəzi Azərbaycan jurnalistləri üçün ingilis dili kursları təşkil edir. Jurnalistlərin xarici dilə öyrədilməsi baza səviyyəsindən aparılacaq. Bu barədə jurnalistlərə cümə günü kursların açılışına həsr edilən mətbuat konfransında "Kaspi" Təhsil Mərkəzinin sədri Sona Vəliyeva deyib.

Kurslar "Azercell Telekom" MMC tərəfindən təşkil edilir.

"Jurnalistlərin öyrədilməsi üçün tədris kurslarına həm xarici, həm də yerli yüksək ixtisaslı müəllimlər cəlb edilib, - Vəliyeva deyib. - Məşğələlər ingilis dilində məlumatın yığılmasına və yazılmasına yönələcək".

Jurnalistlərin billik səviyyələrinə görə kurslar üç qrupa bölünüb.

Mərkəzin üç il ərzində fəaliyyəti dövründə 100-ə yaxın xarici təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq haqqında müqavilələr bağlanıb.

Tədris Mərkəzi ölkədə üç beynəlxalq təhsil sərgisinin də təşkilatçısıdır.

Məşğələ prosesi zamanı ən yaxşı nəticələr göstərən kurs iştirakçıları tədris proqramının sonunda dilin təkmilləşdirilməsi üçün ikihəftəlik Böyük Britaniyaya göndəriləcəklər, - "Azercell Telekom" MMC-nin nümayəndəsi Ülviyyə Həsənzadə jurnalistlərə bildirib.

Xəbər lenti

Xəbər lenti