...

Trend BİA Azərbaycanda GUAM-ın rəsmi tərəfdaşı olub

Cəmiyyət Materials 22 Noyabr 2010 10:00 (UTC +04:00)
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM və Azərbaycanın Beynəlxalq İnformasiya Agentliyi Trend əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Sənədi Trend-in direktoru İlqar Hüseynov və GUAM-ın baş katibi Valeri Çeçelaşvili imzalayıblar.
Trend BİA Azərbaycanda GUAM-ın rəsmi tərəfdaşı olub

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM və Azərbaycanın Beynəlxalq İnformasiya Agentliyi Trend əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Sənədi Trend-in direktoru İlqar Hüseynov və GUAM-ın baş katibi Valeri Çeçelaşvili imzalayıblar.

Sənədə əsasən, GUAM Trend-ə Azərbaycanda rəsmi informasiya tərəfdaşı statusunu verir. Tərəflər səylərini GUAM-ın fəaliyyətindəki əsas hadisələr barədə regionun əhalisini ətraflı şəkildə məlumatlandırmağa yönəldəcəklər. Bəyannamə operativ məlumat, materiallar və hadisələr sahəsində əməkdaşlığı nəzərdə tutur.

GUAM tərkibinə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu beynəlxalq regional təşkilatdır. Məsləhət şurası kimi ilk dəfə 1997-ci ilin 10 oktyabrında  Strasburqda Avropa Şurası sammiti çərçivəsində təsis olunub. 2006-cı ilin mayından bu qurum Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-a çevrilib.Təşkilatın katibliyi Kiyevdə fəaliyyət göstərir.

1995-ci ildə Azərbaycanda yaradılmış Trend özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Trend Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iri xəbər agentliklərindən biridir. Trend gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Trend müştərilərə yüksək keyfiyyətli multimedia materialları, siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklərin yazdığı məqalələri təqdim edir.

Xəbər lenti

Xəbər lenti