...

Azərbaycanda müəllimlərin 38 faizinə İKT təlimləri keçiriləcək - təhsil naziri

Cəmiyyət Materials 22 Noyabr 2010 16:26 (UTC +04:00)
Azərbaycanda 2010-cu ildə müəllimlərin 38 faizinə İKT təlimləri keçiriləcək.
Azərbaycanda müəllimlərin 38 faizinə İKT təlimləri keçiriləcək - təhsil naziri

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 2010-cu ildə müəllimlərin 38 faizinə İKT təlimləri keçiriləcək. Bu barədə bazar ertəsi Bakıda keçirilən "Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazirin sözlərinə görə, növbəti illərdə bu rəqəmin 67 faizə çatdırılması nəzərdə tutulur ki, bu da 114 min müəllimə təlimlərin keçirilməsi deməkdir.

Nazir onu da qeyd edib ki, gələcəkdə müəllimlərə çoxpilləli treninqlərinin keçirilməsi nəzərdə tutulur.

"2005-ci ildə Azərbaycanda "Təhsildə İKT texnologiyaları" adlı layihələrə başlanılarkən yalnız 10 və 11-ci siniflərə informatika nəzəri cəhətdən keçirilirdi. İndi isə 1-ci sinifdən etibarən şagirdlərə İKT ilə bağlı dərslər keçirilir", - Mərdanov bildirib.

Təhsil naziri bildirib ki, informatika dərslərinin saatları artdıqca, bu sahədə kadr çatışmazlığı problemləri üzə çıxır. "Azərbaycanda ali təhsil ocaqları demək olar ki, bu sahədə kadr hazırlamırlar. Bu da ciddi narahatlıq doğurur", - o vurğulayıb.

Tədbirdə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, YUNESKO-nun İKT üzrə məsləhətçisi Marius Lukosiunas, Microsoft şirkətinin və Edinburq Universitetinin nümayəndələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti