...

Azərbaycanda məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi gələn il də davam etdiriləcək - Dövlət Komitəsinin rəhbəri

Cəmiyyət Materials 25 Noyabr 2010 11:18 (UTC +04:00)
Azərbaycanda məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi gələn il də davam etdiriləcək.
Azərbaycanda məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi gələn il də davam etdiriləcək - Dövlət Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda məskunlaşan qaçqın və məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi gələn il də davam etdiriləcək.

"Mingəçevir şəhərində və Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində, Goranboy rayonunda məşkunlaşan məcburi köckünlərin yeni qəsəbələrə köçürülməsinə gələn ildən başlanılacaq. Hazırda 400-minə yaxın məcburi köçkün hələ ki şəraiti ağır olan yerlərdə yaşayır", - cümə axşamı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri, Baş nazirin müavini Əli Həsənov bildirib.

İndiyə qədər 100 min qaçqın və məcburi köçkün yeni qəsəbələrə köcürülüb. Bunların 11 mini qaçqın, 89 mini isə məcburi köçkündür.

Həsənov deyib ki, qaçqın və məcburi köçkünlər üçün artıq Qəbələ rayonunda 2, Goranboyda 3, Yevlaxda isə 10 beşmərtəbəli bina hazırdır.

Baş nazirin müavini bildirib ki, gələn ildən yataqxanalarda məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.

"Bu il köçürülmə ilə bağlı maliyyə problemləri var idi. Ona görə də onların yataqxanalardan köçürülməsinə başlaya bilmədik", - Həsənov deyib.

Azərbaycanlıların Ermənistandan deportasiya olunması və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bir milyondan artıq qaçqın və məcburi köçkün Azərbaycanda məskunlaşıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti