...

Azərbaycan gimnastı Anna Qurbanova Xorvatiyada çempion olub

Cəmiyyət Materials 29 Noyabr 2010 14:17 (UTC +04:00)
Azərbaycan gimnastı Anna Qurbanova ötən həftə sonu Xorvatiyada keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan gimnastı Anna Qurbanova Xorvatiyada çempion olub

Azərbaycan gimnastı Anna Qurbanova ötən həftə sonu Xorvatiyada keçirilən beynəlxalq turnirin qalibi olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatına görə, o, şəxsi çoxnövçülükdə bütün rəqiblərini üstələyib və birinci yeri tutub.

"Yaxşı çıxış etdim və məşqçi bütün dörd hərəkətlərimin yerinə yetirilməsindən razı qaldı. Yarış ili başa çatmaq üzrədir və güman edirəm ki, mənim üçün sonuncu turnir son dəfə iki növdə çıxış etdiyim İtaliya çempionatının 4-cü klub turniri deyil, yaxın bazar günlərində Omskda Qorenkovanın xatirəsinə həsr olunan turnir olacaq", - Qurbanova bildirib.

Azərbaycanın digər gimnastlarına gəldikdə, Aliyə Qarayeva dekabrın 4-də Turində İtaliya çempionatının son klub turunda çıxış edəcək. Samirə Mustafayeva isə elə bu müddətdə Sloveniyaya beynəlxalq turnirə yola düşə bilər.

Xəbər lenti

Xəbər lenti