...

Azərbaycan və İspaniya ilk rəsmi sənəd imzalayıblar

Cəmiyyət Materials 29 Noyabr 2010 18:41 (UTC +04:00)
Azərbaycan və İspaniya idman sahəsində əməkdaşlığa dair ilk memorandum imzalayıblar.
Azərbaycan və İspaniya ilk rəsmi sənəd imzalayıblar

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan və İspaniya idman sahəsində əməkdaşlığa dair ilk memorandum imzalayıblar. Bu barədə bazar ertəsi Azərbaycan Gənclər və İdman Nazirliyinin məlumatında deyilir.

Sənədi azərbaycanlı nazirin İspaniyaya səfəri çərçivəsində Azərbaycan gənclər və idman naziri Araz Rəhimov və İspaniya Ali İdman Şurasının sədri Xayme Lissavetski imzalayıblar.

Memorandumda idman qurğularının layihələşdirilməsi və inşası sahəsində əldə olunmuş təcrübəyə dair məlumatların mübadiləsinin təmin edilməsi, idmana aid elm və texnologiya sahəsində təcrübə mübadiləsinin aparılması, əlillər üçün idmanın dəstəklənməsi və təşviq olunması üzrə birgə proqramların işlənib hazırlanması, uşaq idmanının inkişafı, dopinqə qarşı mübarizə sahəsində əməkdaşlıq və s. mövzular öz əksini tapıb.

Azad Rəhimovun səfəri Azərbaycan hökuməti nümayəndəsinin İspaniya Krallığına ilk rəsmi səfəridir. Bununla yanaşı, idman sahəsində əməkdaşlığa dair imzalanmış memorandum iki ölkə arasında ilk rəsmi sənəddir.

Xəbər lenti

Xəbər lenti