...

Kür çayının Azərbaycandan keçən hissəsində biogen maddələrin miqdarı normadan artıqdır

Cəmiyyət Materials 2 Dekabr 2010 12:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, transsərhəd çaylarında noyabrın üçüncü ongünlüyündə keçirilən monitorinq zamanı Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantılarının və sənaye müəssisələrinin çirkab sularının təsirinin artığı müəyyən edilib.
Kür çayının Azərbaycandan keçən hissəsində biogen maddələrin miqdarı normadan artıqdır

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T. Hacıyev/

Kür çayının Azərbaycandan keçən hissəsində biogen maddələrin miqdarı normadan artıqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, transsərhəd çaylarında noyabrın üçüncü ongünlüyündə keçirilən monitorinq zamanı Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantılarının və sənaye müəssisələrinin çirkab sularının təsirinin artığı müəyyən edilib. Bunun nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə monitorinq keçirilib.

Noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının II ongünlüyünə nisbətən 6 m3/san azalaraq 107 m3/san təşkil edib.

Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi noyabr ayının III ongünlüyündə 27,6 m3/san olub. Çayda aparılan monitorinqin nəticələrinə görə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,92-6,25 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər lenti

Xəbər lenti