...

Bakının orta məktəblərində istilik problemi yoxdur - Təhsil İdarəsinin müdiri

Cəmiyyət Materials 2 Dekabr 2010 16:23 (UTC +04:00)
Artıq Bakıda istilik sarıdan çətinlik çəkən məktəb yoxdur.
Bakının orta məktəblərində istilik problemi yoxdur - Təhsil İdarəsinin müdiri

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir M.Əliyev/

Artıq Bakıda istilik sarıdan çətinlik çəkən məktəb yoxdur. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva bildirib.

"Alimlərin növbəti qışın ən soyuq şəkildə keçəcəyi barədə proqnozundan asılı olmayaraq, biz hər il "məktəblərin payız-qış mövsümünə hazırlığı" məsələsini diqqətdə saxlayırıq, tərtib olunmuş tədbirlər planı əsasında bütün bağça, məktəb və məktəbdənkənar tədris müəssisələrinin hansı şəkildə qızdırılacağını, bu işə məsul olan şəxslərin öz vəzifə borclarının öhdəsindən hansı səviyyədə gələ biləcəyini ciddi nəzarətə götürürük", - Rzaquliyeva deyib.

BŞTİ-nin tabeçiliyində 325 ümumtəhsil məktəbi, 309 məktəbəqədər müəssisə, 48 məktəbdənkənar müəssisə var.

"Bu həqiqətdir ki, bu qədər yeni məktəb tikən dövlət və Heydər Əliyev Fondu həmin məktəblərin istilik sisteminin yaradılması qayğısına da qalır", - BŞTİ müdiri bildirib.

Xəbər lenti

Xəbər lenti