...

Azərbaycanın təhsil müəssisələrində QİÇS-in yayılmasının qarşısının alınmasına dair fənlər tədris olunacaq

Cəmiyyət Materials 9 Dekabr 2010 15:05 (UTC +04:00)
Azərbaycanın təhsil müəssisələrində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS - qazanılmış immun çatışmazlığı sindromu) yayılmasının qarşısının alınmasına dair fənlər tədris olunacaq.
Azərbaycanın təhsil müəssisələrində QİÇS-in yayılmasının qarşısının alınmasına dair fənlər tədris olunacaq

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın təhsil müəssisələrində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS - qazanılmış immun çatışmazlığı sindromu) yayılmasının qarşısının alınmasına dair fənlər tədris olunacaq. Bu barədə cümə axşamı Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Şəmsəddin Hacıyev bildirib.

"İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanuna edilən əlavə və dəyişikliklərlə əsasən, təhsil müəssisələrində gənclər arasında insanın immunçatışmazlığı virusu infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması məqsədi ilə tədris proqramlarına ayrıca bölmələr daxil ediləcək", - Hacıyev bildirib.

Onun sözlərinə görə, təhsilin hər bir pilləsində QİÇS-in profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillər göstərilən və insan hüquqlarına söykənən məlumatlara əsaslanacaq.

Komitənin iclasının yekununda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Azərbaycanda 2010-cu ilin son 11 ayı ərzində 409 nəfərdə QİÇS-ə yoluxma faktı aşkar olunub. Onlardan 398-i Azərbaycan vətəndaşı, 11 nəfəri isə əcnəbidir.

Xəbər lenti

Xəbər lenti