...

Azərbaycan insan alveri ilə bağlı həm mənbə, həm də tranzit ölkədir - Avropa Şurasının Baş katibliyi

Cəmiyyət Materials 15 Dekabr 2010 09:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan insan alveri ilə bağlı həm mənbə, həm də tranzit ölkədir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Avropa Şurası ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin birgə təşkil etdiyi "Azərbaycanda insan alveri ilə mübarizə və onun qarşısının alınması" üzrə iki günlük təlimdəki çıxışında AŞ-nin Baş katibliyinin nümayəndəsi Danuta Visnievska (Danuta Wisniewska) deyib.

O, bildirib ki, Azərbaycandan insan alverinin qurbanları olan qadınlar cinsi istismar üçün əsasən Türkiyə və Ərəb ölkələrinə, kişilər isə əməyin istismarı məqsədilə Rusiyaya aparılır. Əsas hədəfin qadınlar olduğunun deyən AŞ nümayəndəsi qeyd edib ki, bəzən qadınların ölkə daxilində də cinsi istismara və dilənçiliyə məruz qalma faktları var. Visnievska bildirib ki, Azərbaycana məhdud sayda insan alveri qurbanları gətirilir.

Avropada insan alveri ilə mübarizə sahəsində 2005-ci ildə insan alverinə dair Konvensiya qəbul edlib. Konvensiya 33 ölkə tərəfindən imzalanıb, 30 dövlətdə isə ratifikasiya olunub. Azərbaycan bu Konvensiyaya bu ilin fevralında qoşulub.

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin məlumatına görə, 2010-cu il ərzində insan alverinə qarşı mübarizədə DİN-in idarəsi tərəfindən 70 fakt aşkar edilib. Həmin işlər üzrə 34 nəfər müqəssir şəxs qismində məsuliyyətə cəlb olunub, 34 nəfər insan alveri qurbanı müəyyən edilib.

2010-cu ildə idarə tərəfindən qeydə alınan cinayətlərdən bir fakt məcburi əməyə cəlb edilməklə bağlı olub. Üç Azərbaycan vətəndaşı Polşada məcburi əməyə cəlb olunub. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti