...

Azərbaycanda Nobel Beynəlxalq birliyi fondu təsis olunub

Cəmiyyət Materials 17 Dekabr 2010 21:17 (UTC +04:00)
Azərbaycanda Nobel qardaşlarının şərəfinə “Nobel Beynəlxalq birliyi fondu” təsis olunub. Trend-in məlumatına görə, cümə günü Bakı Nobel irsi Fondunun iqamətgahı, tarixi “Villa Petrolea”da bu münasibətlə mərasim keçirilib.
Azərbaycanda Nobel Beynəlxalq birliyi fondu təsis olunub

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Nobel qardaşlarının şərəfinə "Nobel Beynəlxalq birliyi fondu" təsis olunub. Trend-in məlumatına görə, cümə günü Bakı Nobel irsi Fondunun iqamətgahı, tarixi "Villa Petrolea"da bu münasibətlə mərasim keçirilib. 

Tədbirdə çıxışı zamanı Filip Nobel qeyd edib ki, fond Azərbaycan və Xəzər regionunda elmin inkişafına tövhələr vermək məqsədi ilə İsveçin tanınmış hüquqşünaslarının rəhbərliyi ilə təsis olunub.

Nobel qeyd edib ki, Fondun əsas məqsədi İsveçlə Azərbaycan arasında mədəni və iqtisadi əməkdaşlığa tövhələr verməkdir.

"Fondun önəmli layihələrindən biri "Azərbaycan və Xəzər regionu" layihəsidir. Bu layihənin proqramına, təqaüdlər, dərslik və digər kitabların tərcüməsi, Nobel laureatları ilə birgə 2011-ci ildə İqtisadi forumların təşkili, Nobel laureatlarının əməkdaşlığı ilə tələbələr üçün icmal və mühazirələrin təşkili daxildir." - Nobel deyib. 

Onun sözlərinə görə, təqaüdlər və qrantlar bəşəriyyətə fayda gətirəcək həcmdə əhəmiyyətli elmi kəşflər edən alimlərə, eləcə də tədqiqatçılar üçün nəzərdə tutlub. 

Tədbirdə qeyd olunub ki, Bakı Nobel İrsi Fondunun siyasi elmlər doktoru Toğrul Bağırov Nobel qardaşlarının tarixi irsinin bərpa edilməsi sahəsindəki xidmətlərinə görə dekabrın 10-da İsveç Krallığı tərəfindən "Royal Polar Star" (Qütb ulduzu) ordeni ilə təltif olunub.

Cəngavərlik mükafatı hesab edilən İsveç kralı Frederik İ tərəfindən 1748-ci ildə təsis olunub. 1975-ci ilə qədər orden yalnız əcnəbilərə, kral ailəsinin üzvlərinə və çox hallarda baş nazirlə təltif olunurdu. 

Bağırov öz çıxışında bu yaxınlarda təsis olunmuş fondun Azərbaycan-İsveç münasibətlərinin daha da yaxşılaşmasında görə biləcəyi işlərdən söz açıb. 

ABŞ-ın keçmiş konqresmeni Kurt Veldon öz çıxışı zamanı Azərbaycan xalqının qonaqpərvərliyindən söz açıb. Onun sözlərinə görə, Nobel ailəsi indi də bütün bəşəriyyətə öz yardımlarını göstərirlər.

Veldon Azərbaycanın dövlət başçısının bütün dünya üçün örnək ola biləcək bir şəxsiyyət olduğunu deyib. Keçmiş konqresmen bir neçə il bundan öncə gəldiyi Bakını indi tanımadığını, şəhərdə köklü dəyişiklik baş verdiyini bildirib. 

"Bizim (ABŞ) sizə strateji partnyor kimi, enerji məsələlərindəki tərəfdar kimi ehtiyacımız var" - Veldon deyib. 

Xəbər lenti

Xəbər lenti