...

Azərbaycan yol polisi bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək

Cəmiyyət Materials 27 Dekabr 2010 17:41 (UTC +04:00)
Azərbaycan yol polisi Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət göstərəcək. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Azərbaycan yol polisi bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir Z.Əhmədova/

Azərbaycan yol polisi Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət göstərəcək. Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

"Bayram günlərində yol polisi əməkdaşları insanların kütləvi toplaşdıqları bütün mühüm obyektləri və nəqliyyat vasitələrini nəzarət altına alacaqlar", - BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, respublika yollarında təhlükəsizliyin və asayişin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin daha çox cəmləşdiyi sahələrə digər sahələrə nisbətən daha çox polis dəstəsi çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti