Azərbaycan Prezidenti İlham Əliyev Bəhram Mənsurovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Mədəniyyət və Turizm Nazirliyinə xalq artisti Bəhram Mənsurovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
2011-ci ilin fevral ayında Azərbaycanın xalq artisti, görkəmli tarzən, muğamların mahir ifaçısı Bəhram Süleyman oğlu Mənsurovun anadan olmasının 100 illiyi tamam olur.