...

Acarıstan rəhbəri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib

Cəmiyyət Materials 30 Dekabr 2010 11:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 dekabr/Trend, müxbir N.Kirsxaliya/

Batuminin "Şeraton" otelində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə görüş keçirilib. Trend-ə Acarıstan hökumətindən verilən məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikasının rəhbəri Levan Varşalomidze, hökumət üzvləri və digər rəsmilər iştirak ediblər.

Varşalomidzenin bildirdiyinə görə, Batumidə Azərbaycanın Baş Konsulluğunun açılması ikitərəfli münasibətlərin dərinləşməsinə xidmət edir. "Bu, bizim mehriban münasibətlərimizi möhkəmləndirəcək, mədəni və işgüzar əlaqələrin inkişafına xidmət edəcək", - o, qeyd edib.

Varşalomidze Gürcüstanda turizmin inkişafına yeni Azərbaycan investisiyalarının cəlb edilməsinə ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti