...

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan edilən müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2010 17:07 (UTC +04:00)
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan edilən müsabiqənin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə Fondun cümə axşamı yaydığı məlumatda deyilir.

KİVDF-nin, Azərbaycan Mətbuat Şurasının və "Ruh" Jurnalistlərin Müdafiə Komitəsinin təşkilatçılığı ilə "Gülüstan" sarayında təşkil olunan mərasimə media təmsilçiləri ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və onun ailə üzvləri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, nazirlər, millət vəkilləri və digər ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirin birinci hissəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək "Jurnalistlərin dostu" mükafatının təsis edilmə tarixi və qaydaları barədə məlumat verib. Sonra "Ruh" Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında 2010-cu ildə "Jurnalistlərin dostu" nominasiyası üzrə qalib olmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim edilib.

Prezident İlham Əliyev mükafata görə media ictimaiyyətinə təşəkkür edib, ölkə prezidenti kimi medianın inkişafı yönündə fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.

Tədbirin ikinci hissəsində KİVDF-nin keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Fondun icraçı direktoru Vüqar Səfərli KİVDF-nin 2010-cu ildə gördüyü işlər barədə qısa məlumat verib, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qaliblərə Fondun xüsusi diplomlarını təqdim edib.

Xəbər lenti

Xəbər lenti