...

Dövlət Komissiyası Bakıda abituriyentlər üçün "Ödəniş kartları"nın çatışmazlığı probleminə aydınlıq gətirib

Cəmiyyət Materials 7 Yanvar 2011 16:06 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci ildə ilk sınaq imtahanında qeydiyyatdan keçən abituriyentlər üçün məntəqələrdə "Ödəniş kartları"nın sayının kifayət qədər olmaması məsələsinə aydınlıq gətirib.
Dövlət Komissiyası Bakıda abituriyentlər üçün "Ödəniş kartları"nın çatışmazlığı probleminə aydınlıq gətirib

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Z.Əhmədova/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci ildə ilk sınaq imtahanında qeydiyyatdan keçən abituriyentlər üçün məntəqələrdə "Ödəniş kartları"nın sayının kifayət qədər olmaması məsələsinə aydınlıq gətirib.

"Ödəniş kartları" sınaq imtahanında ayrılmış yerlərin sayına müvafiq olaraq paylanılır, - Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. - "Ödəniş kartları"nın satılmadığı bir sıra məntəqələrdə abituriyentlər pensiya kartı və ya valideynlərinin əməkhaqqı kartından istifadə edərək kartları internet vasitəsilə ala bilərlər".

Onun sözlərinə görə, ilk sınaq imtahanına 31 min yer ayrılıb, onların 20 mini Bakı, qalanı isə respublika regionlarının payına düşür. "Bakıda sınaq imtahanlarının keçirilməsi üçün ayrılan yerlərin 85 faizi artıq dolub", - Nağızadə deyib.

Test kitabçalarında ilk dəfə açıq tipli tapşırıqların olacağı birinci sınaq imtahanına internet vasitəsilə qeydiyyat yanvarın 6-da başlayıb.

2011-ci ilin sınaq imtahanı yanvarın 23-də respublikanın 11 şəhərində keçiriləcək.

TQDK-nın məlumatına əsasən, komissiyanın /http://www.imtahan.az/ saytında xüsusi "Ödəniş kartı"ndan istifadə edərək imtahana yazılmaq olar.

Regionlar və imtahanların keçirilmə yerlərinin siyahısı da Dövlət Komissiyasının saytında dərc olunub.

Xəbər lenti

Xəbər lenti