...

Valeri Qazzayev "Alaniya" futbol klubunun rəhbəri olacaq

Cəmiyyət Materials 11 Yanvar 2011 15:47 (UTC +04:00)
Futbol üzrə Rusiya yığması və Moskva MOİK-in keçmiş məşqçisi Valeri Qazzayev Vladiqafqazın "Alaniya" klubunun prezidenti olacaq. Bu barədə çərşənbə axşamı1994-1999-cu illərdə "Alaniya" klubunun məşqçisi olan, 1995-ci ildə isə klubu Rusiya çempionu edən Qazzayev bəyan edib.
Valeri Qazzayev "Alaniya" futbol klubunun rəhbəri olacaq

Futbol üzrə Rusiya yığması və Moskva MOİK-in keçmiş məşqçisi Valeri Qazzayev Vladiqafqazın "Alaniya" klubunun prezidenti olacaq. Bu barədə çərşənbə axşamı1994-1999-cu illərdə "Alaniya" klubunun məşqçisi olan, 1995-ci ildə isə klubu Rusiya çempionu edən Qazzayev bəyan edib.

Şimali Osetiyanın rəhbəri Taymuraz Mamsurovun sözlərinə görə, məşhur mütəxəssislə danışıqlar son iki-üç il ərzində aparılıb. Məlumatı RİA Novosti yazır.

"Alaniya" 2010-cu il mövsümünün yekununa görə premyer liqada qala bilməyib, lakin "Amkar" və "Saturn" klublarının çempionatdan çıxmaq barədə bəyanatı Osetiya komandasına ölkənin elit divizionunda çıxışlarını davam etdirmək şansı verib.

Valeri Qazzayevin sonuncu işi Kiyev "Dinamo"sunun rəhbəri vəzifəsi olub.

2005-ci ildə Qazzayev MOİK-lə UEFA kubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti