...

Azərbaycanda gözdən əlillər üçün səsli işıqforların sayı azdır

Cəmiyyət Materials 17 Yanvar 2011 17:59 (UTC +04:00)
Bakıda gözdən əlillərin yolu sərbəst keçməsi üçün mühüm rol oynayan səsli işıqforların sayı kifayət qədər deyil. Bu barədə Trend-ə Gözdən Əlillər Cəmiyyətinin sədri Samiyar Abdullayev deyib.
Azərbaycanda gözdən əlillər üçün səsli işıqforların sayı azdır

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir Z.Əhmədova/

Bakıda gözdən əlillərin yolu sərbəst keçməsi üçün mühüm rol oynayan səsli işıqforların sayı kifayət qədər deyil. Bu barədə Trend-ə Gözdən Əlillər Cəmiyyətinin sədri Samiyar Abdullayev deyib.

 "2007-ci ildən paytaxtda gözdən əlillər üçün səsli işıqfor və yol işarələri quraşdırılır, - Abdullayev deyib. - Lakin bu istiqamətdə işlər çox yavaş gedir və onların rahat hərəkət etməsi üçün səsli işıqforların sayı kifayət qədər deyil".

 Onun sözlərinə görə, onların sayını nəinki şəhərin mərkəzi hissəsi, eləcə də Bakının kənar rayonlarında da artırmaq lazımdır.

 Azərbaycanda 420 min əlil var, onlardan 22,5 mini birinci qrup, o cümlədən 8,5 mini gözdən əlildir.

Xəbər lenti

Xəbər lenti