...

Azərbaycanın "İnter" klubu "Birlik kuboku"nun final mərhələsində Ermənistan təmsilçisi ilə görüşəcək

Cəmiyyət Materials 18 Yanvar 2011 17:50 (UTC +04:00)
Azərbaycanın "İnter" klubu Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 mərhələsində Ermənistan təmsilçisi ilə görüşəcək.
Azərbaycanın "İnter" klubu "Birlik kuboku"nun final mərhələsində Ermənistan təmsilçisi ilə görüşəcək

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Azərbaycanın "İnter" klubu Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan "Birlik kuboku"nun 1/4 mərhələsində Ermənistan təmsilçisi ilə görüşəcək.

Bu, B qrupunda 3-cü turun qarşılaşmalarının başa çatmasından sonra mümkün olub.

Qazaxıstan "Tobol"unun Latviya təmsilçisi "Skonto"ya uduzması Ermənistanın "Mika" klubunun final mərhələsinə çıxmasına səbəb olub. Özbəkistan çempionu "Bunedkor"u məğlub edən ermənilər qrup ikincisi kimi 1/4 finala çıxmaqla təmsilçimizə rəqib olub.

Buna qədər "Birlik kuboku"nda 2005 və 2006-cı illərdə "Neftçi" və "Pünik" qarşılaşmışdılar. Bakılılar əvvəl 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə irəvanlılar yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən "Neftçi" sonda kubokun sahibi olmuşdu.

"İnter" klubu A qrupunda top buraxmadan maksimum 9 xal qazanıb.

Xəbər lenti

Xəbər lenti