Azərbaycan Prezidenti İlham Əliyev "Səs" qəzetinin əməkdaşlarına "Əməkdar jurnalist" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycanda milli mətbuatın inkişafındakı xidmətlərinə görə "Səs" qəzetinin əməkdaşlarına - Bayramova Zümrüd Aləddin qızı və Məhərrəmov Valeh Cəbrayıl oğluna "Əməkdar jurnalist" fəxri adı verilib.
Prezidentin digər sərəncamı ilə "Səs" qəzetinin əməkdaşları - Həsənov Fətulla Şirməmməd oğlu və Hüseynova Rəfiqə Kamal qızı "Tərəqqi" medalı ilə təltif ediliblər.