...

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Cəmiyyət Materials 19 Yanvar 2011 16:21 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında çərşənbə günü 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında çərşənbə günü 20 Yanvar şəhidlərinin anım gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə çərşənbə günü Trend-ə Fonddan bildiriblər.

Fondun icraçı direktoru Elçin Babayev tədbir zamanı çıxışında 20 Yanvarın tək faciə deyil, həm də qəhrəmanlıq tarixi olduğunu vurğulayıb. Babayev qeyd edib ki, 20 Yanvar tarixində şəhid olmuş qəhrəmanlarımızın məzarlarının ziyarət edilməsi və onların yad olunması hər bir azərbaycanlının mənəvi borcudur. Tədbirdə çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Xəbər lenti

Xəbər lenti