...

Azərbaycanda həbsdə olan baş redaktorun məhkəmə tərkibinə etirazı qəbul olunmayıb

Cəmiyyət Materials 21 Yanvar 2011 13:24 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində narkotika cinayətində ittiham olunan Fətullayevin apelyasiya şikayəti üzrə proses keçirilib.
Azərbaycanda həbsdə olan baş redaktorun məhkəmə tərkibinə etirazı qəbul olunmayıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayevin məhkəmə tərkibinə etirazı qəbul olunmayıb.

Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində narkotika cinayətində ittiham olunan Fətullayevin apelyasiya şikayəti üzrə proses keçirilib.

Fətullayev məhkəmə tərkibinə etiraz etsə də, etirazı qəbul olunmayıb.

Fətullayevin müdafiəsinə yeni qoşulan vəkil Anar Qasımov işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə vəkilin xahişini nəzərə alaraq, prosesin yanvarın 25-dək təxirə salınması barədə qərar qəbul edib.

2009-cu il dekabrın 30-da isə 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Fətullayevin üzərindən 0,223 qram həcmində heroin aşkarlanıb. Bu faktla bağlı ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.

İş üzrə təyin edilmiş ekspertizanın rəyinə görə, istintaq zamanı Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-m psixotrop maddəsi aşkar edilib.

Qaradağ rayon məhkəməsi Fətullayev barəsində 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edib.

"Gündəlik Azərbaycan" və "Realnı Azerbaydjan" qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. Sonradan baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Haqları Məhkəməsi ötən il aprelin 22-də Fətullayevin 2007-ci ildə çıxarılan hökm üzrə həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Qərara görə, Fətullayevə Azərbaycan hökuməti tərəfindən 28 min avro təzminat ödənilməlidir.

Xəbər lenti

Xəbər lenti