...

Azərbaycanda cinsi yolla İİV-ə yoluxanların sayı artıb - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 21 Yanvar 2011 13:54 (UTC +04:00)
Azərbaycanda cinsi yolla İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) yoluxanların sayı artıb. Bu barədə cümə günü Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.
Azərbaycanda cinsi yolla İİV-ə yoluxanların sayı artıb - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir M.Əliyev/

Azərbaycanda cinsi yolla İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusu) yoluxanların sayı artıb. Bu barədə cümə günü Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunur ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən, yüksək risk qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb, lakin son illər cinsi yolla yoluxanların sayı artıb.

Ümumilikdə, 2010-cu ildə Azərbaycanda 52 nəfər QİÇS-dən (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) dünyasını dəyişib. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfərdir.

Ötən il Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan şəxslərin sayı 459 nəfər təşkil edib. Onlardan 97,4 faizi Azərbaycan vətəndaşı, 2,6 faizi isə əcnəbilərdir. Qeydiyyata alınmış Azərbaycan vətəndaşlarından 80,3 faizi kişi, 19,7 faizi qadındır.

Xəbər lenti

Xəbər lenti