...

Bakıdakı beynəlxalq humanitar forum Rusiya-Azərbaycan əməkdaşlığını genişləndirəcək - Sergey Narışkin

Cəmiyyət Materials 22 Yanvar 2011 16:03 (UTC +04:00)
Sentyabrda Bakıda beynəlxalq humanitar forumun keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Sadministrasiyasının rəhbəri Sergey Narışkinin müzakirə etdikləri əsas mövzulardan biri olub.
Bakıdakı beynəlxalq humanitar forum Rusiya-Azərbaycan əməkdaşlığını genişləndirəcək - Sergey Narışkin

Azərbaycan, Bakı, 22 yanvar / Trend, müxbir E.Tarıverdiyeva /

Sentyabrda Bakıda beynəlxalq humanitar forumun keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Sadministrasiyasının rəhbəri Sergey Narışkinin müzakirə etdikləri əsas mövzulardan biri olub.

"Mən bu gün Azərbaycan Prezidenti iklə görüşmək imkanına görə minnətdaram.Bizim məzmunlu söhbətimiz oldu, biz bir sıra strateji məsələləri müzakirə etdik. Mühüm mövzulardan biri növbəti beynəlxalq humanitar forumun keçirilməsi oldu", - Narışkin şənbə günü Bakıdakı Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin açılışında bildirib.

Onun sözlərinə görə, qarşıdakı forum gələcəkdə humanitar əməkdaşlıq sahəsində ən actual əməkdaşlıq məsələlərinin müzakirəsi üçün böyük nüfuzlu meydan kimi görünür.

O bildirib ki, Prezident Əliyevlə görüşdə həmçinin, iqtisadi, humanitar və strateji əməkdaşlıq məsələləri də müzakirə edilib.

Bakıda beynəlxalq humanitar forumun keçirilməsi mövzusuna Harışkinin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə də toxunulub.

"Biz həmkarım Ramiz Mehdiyevlə təşkilat komitəsinin işçi iclasını keçirtdik, forum təsisçilərinin mümkün tərkibini, gündəliyi və iştirakçıların tərkibini müzakirə etdik", - Narışkin bildirib.

Bakıda Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin açılmasının vacibliyini qeyd edən Narışkin Azərbaycanda rus dilinin xüsusilə KİV, televiziya və təhsil sahəsində fəal inkişafını alqışlayıb.

Həmçinin, o, hazırki layihəni Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın inkişafı üçün daha bir imkan adlandırıb.

"Mərkəz ən son texnika ilə təchiz edilib, - Narışkin qeyd edib. - Mən hər şeyin lazımi səviyyədə olacağını güman edirdim, lakin bu dərəcədə yaxşı olacağını gözləmirdim".

Bakı şəhərindəki RMMM Rusiyanın xaricdəki ən müasir, məlumatla zəngin mədəniyyət mərkəzlərindən biridir. Şəhərin mərkəzində yerləşən yeni beşmərtəbəli bina zəruri müasir avadanlıqlar, texnika və aparatlarla təchiz olunub, bunada kino-konsert, konsert-sərgi zalları, eləcə də konfrans zalları və kitabxana var. RMMM-də rus dilinin tədris-metodiki mərkəzi, linqafon kabinetləri, məsafəli təhsil mərkəzi, innovasiya əməkdaşlığı mərkəzi işə başlayacaq, maraqlar üzrə klublar və studiyalar açılıb.

Xəbər lenti

Xəbər lenti