...

Azərbaycan İslam Partiyasının sədrinin apelyasiya şikayətinə sabah baxılacaq

Cəmiyyət Materials 24 Yanvar 2011 10:51 (UTC +04:00)
Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov bazar ertəsi Trend-ə bildirib ki, yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə hüquqlarını müdafiə etdiyi şəxsin apelyasiya şikayəti üzrə proses keçiriləcək.
Azərbaycan İslam Partiyasının sədrinin apelyasiya şikayətinə sabah baxılacaq

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan İslam Partiyasının (AİP) sədrinin apelyasiya şikayətinə sabah baxılacaq.

Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov bazar ertəsi Trend-ə bildirib ki, yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə hüquqlarını müdafiə etdiyi şəxsin apelyasiya şikayəti üzrə proses keçiriləcək.

Səmədov məhkəmədən həbs-qətimkan tədbirinin ləğv olunmasını xahiş edib.

Səmədov hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silah satma, saxlama, hazırlama, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq cinayətlərində ittiham olunur. Onun barəsində yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və istintaq aparılır.

Vəkil bildirib ki, o, Səmədovun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanma yerindən Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatət verəcək.

Partiya sədri yanvarın 7-də saxlanılıb və barəsində 13 sutkalıq inzibati həbs seçilmişdi.

Xəbər lenti

Xəbər lenti