...

İlin əvvəlindən Təhsil Nazirliyinin "qaynar xətt"inə minə yaxın müraciət daxil olub

Cəmiyyət Materials 27 Yanvar 2011 17:31 (UTC +04:00)
2011-ci ilin əvvəlindən etibarən Azərbaycan Təhsil Nazirliyinin "qaynar xətt" nömrəsinə minə yaxın müraciət daxil olub. Bu barədə nazirlikdən məlumat verilib.
İlin əvvəlindən Təhsil Nazirliyinin "qaynar xətt"inə minə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Z.Əhmədova/

2011-ci ilin əvvəlindən etibarən Azərbaycan Təhsil Nazirliyinin "qaynar xətt" nömrəsinə minə yaxın müraciət daxil olub. Bu barədə nazirlikdən məlumat verilib.

İlin əvvəlindən bəri Təhsil Nazirliyinin "qaynar xətt"inə 810 müraciət daxil olub, onlardan 95-i ali və orta ixtisas təhsili ilə bağlıdır. Bu barədə nazirliyin ali və orta təhsil şöbəsinin baş məsləhətçisi Ənvər İmanov deyib.

Onun sözlərinə görə, 19 müraciət artıq başa çatmaq üzrə olan qış imtahan sessiyasına aid olub.

Nazirliyin "qaynar xətt" nömrələri: 496-34-82, 496-37-61, elektron poçt ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti