...

Azərbaycan sahibkarları hökumətdən vergi güzəştləri istəyirlər

Cəmiyyət Materials 4 Fevral 2011 14:19 (UTC +04:00)
Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (STMK) ölkədə sahibkarlığın, eləcə də turizm sektorunun gələcək inkişafı üçün bəzi vergi güzəştlərinin tətbiq edilməsini təklif edir.
Azərbaycan sahibkarları hökumətdən vergi güzəştləri istəyirlər

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (STMK) ölkədə sahibkarlığın, eləcə də turizm sektorunun gələcək inkişafı üçün bəzi vergi güzəştlərinin tətbiq edilməsini təklif edir. Konfederasiyanın sədri Məmməd Musayev cümə günü Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında qurumun 2010-cu ildəki fəaliyyətinin yekunlarına və cari il üçün planlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Konfederasiya turizm şirkətlərinin ölkəyə avadanlıq və texnika gətirildiyi zaman vergidən azad olunması məsələsi üzrə hökumətlə müzakirələr aparacaq. Bundan əvvəl hökumət kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün belə güzəştlər tətbiq etmişdi və turizmin inkişafı üçün bütün avadanlıqlar idxal olunduğundan, biz bu sahədə də belə güzəştlərin tətbiqini vacib hesab edirik", - Musayev bildirib.

Onun sözlərinə görə, bu tədbirlər sahibkarlar üçün xərclərin azaldılması yolu ilə sektorun inkişafına yönəldilib.

"2011-ci il "Turizm ili" elan edildiyi üçün konfederasiya bu sahədə fəaliyyətini aktivləşdirməyi zəruri hesab edir. Tezliklə turizm şirkətlərinin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə iclasın keçiriləcəyi gözlənilir. İclas bu sektorun dəstəklənməsi, eləcə də onun rəqabətqabiliyyətliliyinin artırılması imkanlarının müzakirə edilməsi məqsədilə keçirilir", - Musayev bildirib.

Onun sözlərinə görə, Konfederasiya Vergi Məcəlləsində fiziki şəxslərin gəlirlərinin yuxarı limitinin indiki iki min manatdan üç min manata qədər artırılması, həmçinin ölkənin regionlarında çalışan sahibkarlar üçün ƏDV-nin dərəcəsinin azaldılması kimi dəyişiklikləri də müzakirə edir.

Xəbər lenti

Xəbər lenti