...

Azərbaycanda vəzifəli şəxslər həbs olunub

Cəmiyyət Materials 7 Fevral 2011 16:57 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini Qəhrəmanov Eldəniz İlham oğlu, Şəki şəhər İcra Hakimiyyəti Başçısı aparatının Tikinti və memarlıq şöbəsinin müdiri - şəhərin baş memarı Abdurahmanov Yusif Kamal oğlu Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) barəsində cinayət işi başlanıb.
Azərbaycanda vəzifəli şəxslər həbs olunub

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Şəki şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Qəhrəmanov Eldəniz İlham oğlu, Şəki şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və memarlıq şöbəsinin müdiri, şəhərin baş memarı Abdurahmanov Yusif Kamal oğlu barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Məlumatda bildirilir ki, bu şəxslər xidməti səlahiyyətlərini aşaraq digər vəzifəli şəxslərlə birlikdə şəhərin Fuad Abdurahmanov küçəsində yerləşən Elfanə Səlimovaya ayrılmış ərazidə inşa edilmiş mağazaya gəlib, vəzifə səlahiyyətlərini aşaraq müvafiq məhkəmə qərarı olmadan həmin mağaza və onun qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün qanunsuz göstərişlər veriblər.

Onların göstərişi ilə həmin tikililərin bir hissəsi uçurulub, bununla da fiziki şəxsin Konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozaraq, hakimiyyət orqanlarını nüfuzdan salmaqla, onların huquqlarına və qanuni mənafeyinə böyük zərər vurublar.

Prokurorluq bildirir ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində lazımi icazə almadan, şəhərsalma, tikinti normaları və qaydalarının ciddi surətdə pozulması ilə tikilmiş binalar, qurğular yalnız müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəfin müraciəti üzrə məhkəmənin qəbul etdiyi qərar əsasında sökülməlidir.

Şəki şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2003-cü tarixli sərəncamı ilə şəhər sakini Səlimova Elfanə Hikmət qızına ayrılmış 30 kvadratmetr ərazidə onun atası Səlimov Hikmət Əhməd oğlu tərəfindən lazımi icazə alınmadan şəhərsalma və tikinti normaları pozulmaqla faktiki sahəsi 46,1 kvadratmetr olan mağaza və 49,6 kvadratmetr talvar inşa edilərək orada qanunsuz küçə ticarəti ilə məşğul olunub.

Həmin ərazidə qanunsuz ticarətlə məşğul olması ilə əlaqədar Hikmət Səlimova 13 dekabr 2010-cu il tarixdə Şəki şəhər bələdiyyəsi tərəfindən rəsmi xəbərdarlıq edilib. O, Şəki rayon Polis Şöbəsinin 13 yanvar 2011-ci il tarixli protokoluna əsasən, Şəki şəhər İcra Hakimiyyəti başçısının 2 fevral 2011-ci il tarixli sərəncamı ilə İnzibati Xətalar Məcəlləsinin 235-ci, həmçinin Şəki rayon məhkəməsinin 25 yanvar 2011-ci il tarixli qərarı ilə həmin Məcəllənin 310-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinərək 20 manat miqdarında cərimə edilib.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti