...

ELSA Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibini xüsusi diplomla təltif edib

Cəmiyyət Materials 9 Fevral 2011 14:59 (UTC +04:00)
Avropa Hüquq Tələbələri Assosiasiyası (ELSA) Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibini xüsusi diplomla təltif edib.
ELSA Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibini xüsusi diplomla təltif edib

Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Hüquq Tələbələri Assosiasiyası (ELSA) Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibini xüsusi diplomla təltif edib.

Assosiasiyanın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamal Cəfərov Trend-ə bildirib ki, Konfederasiyanın baş katibi Nadir Adilov ELSA-nın prezidenti Oskar Lema Buza tərəfindən Assosiasiyasının Azərbaycan nümayəndəliyinin qurulmasındakı xüsusi roluna, gənc hüquqşünasların, hüquq tələbələrinin bu təşkilata inteqrasiya olunmasındakı fəaliyyətinə və gənc hüquqşünaslara göstərdiyi dəstəyə görə diplomla təltif olunub.

Oskar Lema Buza və onun rəhbərlik etdiyi qrup fevralın 4-dən 7-dək Azərbaycanda səfərdə olub, ELSA Azərbaycanın ilk Milli Şurasının iclasında iştirak ediblər.

Onlar eyni zamanda nüfuzlu hüquqşünaslarla ünsiyyətdə olub və "İrəli" Gənclər Mərkəzində, "Park İnn" hotelində gənclərlə, tələblərələ görüşlər keçiriblər.

ELSA nümayəndələri Azərbaycanın tələbə hüquqşünasları ilə birlikdə avrointeqrasiya prosesində gənclərin rolu, gənc hüquqşünasların tələbə mübadiləsi prqramlarında iştirakını müzakirə ediblər.

Görüşlər zamanı ELSA-Azərbaycanın təhsil müəsissələrində və "İrəli" Gənclər Mərkəzində özək təşkilatların yaradılması müzakirə olunub.

Hüquq peşəsinin inkişafına, gənclərin Avrointeqrasiya prosesinə daha səmərəli dəstək vermək üçün qarşılıqlı təcrübə mübadilələri proqramlarının həyata keçirilməsi barədə razılıq əldə edilib.

Dünyanın ən nüfuzlu, müstəqil, qeyri-siyasi tələbə hərakatı olan Avropa Hüquq Tələbələri Assosiasiyası 1981-ci ildən fəaliyyət göstərir.

ELSA-nın Avropanın 42 ölkəsində, 200 universitetində 30000-dən çox üzvü var.

ELSA-nın əsas faəliyyəti hüquqşünas tələbələrin və gənc hüquqşünasların bilik və bacarıqlarının artırılması, Avropa ölkələrində təcrübə və təlimlərin təşkil olunması və elmi mübadilə proqramlarının həyata keçirilməsidir.

Xəbər lenti

Xəbər lenti