...

Əfqanıstandan daşınan narkotikin İran ərazisindən Azərbaycana gətirilməsi problemi var - Baş nazirin müavini

Cəmiyyət Materials 17 Fevral 2011 12:37 (UTC +04:00)
Azərbaycanın Baş nazirinin müavini bildirib ki, Əfqanıstandan daşınan narkotikin Azərbaycana İran ərazisindən gətirilməsi problemi var.
Əfqanıstandan daşınan narkotikin İran ərazisindən Azərbaycana gətirilməsi problemi var - Baş nazirin müavini

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Baş nazirinin müavini bildirib ki, Əfqanıstandan daşınan narkotikin Azərbaycana İran ərazisindən gətirilməsi problemi var.

"Təəssüflər olsun ki, Azərbaycana narkotik gətirilməsi üçün İrandan tranzit ölkə kimi istifadə olunur. Bunun aradan qaldırılması üçün iki ölkə arasında müvafiq işlər aparılır. Lakin təəssüflər olsun ki, hələ də bu problem həll olunmamış qalır", - Trend-in məlumatına görə, jurnalistlərə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov deyib.

Komissiya sədri bildirib ki, Azərbaycanda beynəlxalq layihələr icra olunduğu üçün yükdaşımaların həcmi çox artır və bu da narkotiklərin daşınması ehtimalını artırır.

Həsənov hüquq-mühafizə orqanlarının narkotiklərin qanunsuz dövriyyəsi ilə ciddi mübarizə apardığını deyib.

Yaxın günlərdə Komissiyanın illik hesabat iclasının keçiriləcəyini deyən Həsənov iclasda problemlə mübarizə istiqamətində müzakirələrin aparılacağını qeyd edib.

Xəbər lenti

Xəbər lenti