...

Azərbaycanlı deputatlar AŞPA-da məişət zorakılığı ilə mübarizə sahəsində müzakirələrdə iştirak edəcəklər

Cəmiyyət Materials 17 Fevral 2011 15:49 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatları Sevinc Fətəliyeva və Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitələrində fevralın 16-dan 19-dək dinlərarası dialoq, təhsildə seçim etmə azadlığı ilə bağlı müzakirələrdə iştirak edəcəklər.
Azərbaycanlı deputatlar AŞPA-da məişət zorakılığı ilə mübarizə sahəsində müzakirələrdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatları Sevinc FətəliyevaSahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitələrində fevralın 16-dan 19-dək dinlərarası dialoq, təhsildə seçim etmə azadlığı, biometrikanın tətbiqinin insan hüquqlarına təsiri, qadınlara qarşı məişət zorakılığı ilə mübarizə, səlahiyyətli qurumlarda qadınların təmsilçiliyi ilə bağlı müzakirələrdə iştirak edəcəklər. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətindən cümə axşamı bildiriblər.

Azərbaycanlı deputatlar üç gün ərzində Parisdə AŞPA-nın Mədəniyyət, elm və təhsil, həmçinin Qadınlar və kişilər üçün bərabər imkanlar komitələrinin iclaslarında iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti