...

Azərbaycanda cəzaçəkmə müəssisələrinə kərə yağı və yuyucu tozun içində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2011 18:46 (UTC +04:00)
Azərbaycanda cəzaçəkmə müəssisələrinə kərə yağının və yuyucu tozun içində narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Azərbaycanda cəzaçəkmə müəssisələrinə kərə yağı və yuyucu tozun içində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda cəzaçəkmə müəssisələrinə kərə yağının və yuyucu tozun içində narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend-ə verilən məlumata görə, fevralın 15-də 3 saylı İstintaq təcridxanasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində burada təqsirləndirilən şəxs qismində saxlanılan 21 yaşlı Abdullayev Şəhriyar Elçin oğluna qardaşı Abdullayev Tural Elçin oğlu tərəfindən gətirilmiş sovqat yoxlanılarkən, "Ramis" yuyucu toz qutusunun içərisində gizlədilmiş 1 ədəd selofana bükülü 2,290 qram heroin aşkar edilərək götürülüb.

Fevralın 17-də isə 1 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cəza çəkən Əmirov Elvin Vidadi oğluna xalası oğlu Rəhmanov Hüseyn Afəz oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman kərə yağının içərisində gizlədilmiş 1,026 qram heroin aşkar edilərək götürülüb.

22 yaşlı Əmirov Cinayət Məcəlləsinin soyğunçuluq (180.2.1; 180.2.2) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edlib.

Xəbər lenti

Xəbər lenti