...

Azərbaycanda dərman vasitələrinə sertifikatın verilməsi qanunvericiliklə tənzimlənəcək

Cəmiyyət Materials 18 Fevral 2011 16:41 (UTC +04:00)
Azərbaycanda dərman vasitələrinə gigiyenik normalara uyğunluğu barədə sertifikatın verilməsi qanunvericiliklə tənzimlənəcək.
Azərbaycanda dərman vasitələrinə sertifikatın verilməsi qanunvericiliklə tənzimlənəcək

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dərman vasitələrinə gigiyenik normalara uyğunluğu barədə sertifikatın verilməsi qanunvericiliklə tənzimlənəcək.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev cümə günü Trend-ə bildirib ki, "Dərman vəsaitləri haqqında" qanuna ediləcək əlavələrdə gigiyenik normalara uyğunluq barədə sertifikatın verilməsi öz əksini tapacaq.

Sözügedən əlavə komitənin iclasında müzakirə olunduqdan sonraparlamentin plenar iclasına tövsiyə olunub.

Quliyevin sözlərinə əsasən, qanuna əlavəyə görə digər ölkədən gətirilən dərman vasitələrinə, həmçinin qida əlavələri, dərman kateqoriyasından olmayan, lakin tibbdə işlədilən ləvazimatlara (şprislər, pambıq, bint və sair) gigiyenik sertifikatın verilməsinə müvafiq icra hakimiyyəti orqanı nəzarət edir. "Bu səlahiyyət ya Səhiyyə Nazirliyinə, ya da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininə həvalə oluna bilər", - komitə sədrinin müavini bildirib.

Səhiyyə Nazirliyindən Trend-ə bildiriblər ki, bu günə qədər nazirliyin nəzdində olan Gigiyena və Epidemiologiya Mərkəzi belə sertifikatların verilməsini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti