...

Azərbaycan və Türkiyə miqrasiya sahəsində əməkdaşlığı müzakirə ediblər

Cəmiyyət Materials 22 Fevral 2011 18:07 (UTC +04:00)

Türkiyənin daxili işlər naziri Bəşir Atalay çərşənbə axşamı Azərbaycanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Arzu Rəhimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Zaman" qəzeti yazıb.

"Görüşdə iki ölkə arasında viza rejiminin tam ləğv edilməsi, miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib", - Atalay görüşdən sonra jurnalistlərə deyib. O bildirib ki, Rəhimovu təkcə rəsmi qonaq deyil, həm də öz dostu və qardaşı hesab edir.

Rəhimov Türkiyədə olmasından məmnunluğunu ifadə edib.

"İki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir, görüşdə bu əməkdaşlığın səviyyəsinin artırılması məsələsi müzakirə ediləcək", - Rəhimov qeyd edib.

Xəbər lenti

Xəbər lenti