...

Azərbaycanda hər 10 insan adından biri yararsızdır - Terminologiya Komissiyası

Cəmiyyət Materials 2 Mart 2011 11:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası insan adları ilə bağlı yeni siyahı hazırlayıb və Ədliyyə Nazirliyinə təqdim edib.
Azərbaycanda hər 10 insan adından biri yararsızdır - Terminologiya Komissiyası

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası insan adları ilə bağlı yeni siyahı hazırlayıb və Ədliyyə Nazirliyinə təqdim edib. Bu barədə Trend-ə çərşənbə günü Komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 180 mindən çox ad Komissiya tərəfindən araşdırılıb və onlardan 18 minə qədəri yeni təqdim olunan siyahıya salınmayıb.

Siyahıya daxil edilməyənlər Azərbaycan dilinin qaydalarına uyğun olmayan, səslənməsi qeyri-etik və ya gülüş doğuran adlardır.

Sadıqova qeyd edib ki, yeni tərtib olunmuş siyahı Ədliyə Nazirliyində təsdiq olunandan sonra Milli Məclisin müvafiq komitələrinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti