...

8 martda Azərbaycan qadınları üçün gözlənilməz hava şəraiti

Cəmiyyət Materials 7 Mart 2011 12:21 (UTC +04:00)
Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
8 martda Azərbaycan qadınları üçün gözlənilməz hava şəraiti

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir M.Əliyev/

Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, martın 8-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Martın 8-də şimal və qərb rayonlarından başlayaraq,
Azərbaycan rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Martın 7-si axşamdan 8-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı iki gün ərzində meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti

Xəbər lenti