...

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində "qaynar xətt" yaradılıb (FOTO)

Cəmiyyət Materials 10 Mart 2011 14:10 (UTC +04:00)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində "qaynar xətt" yaradılıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində "qaynar xətt" yaradılıb (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı nəzdində "qaynar xətt" yaradılıb.

Trend-in məlumatına görə, təşkilatın bu gün keçirdiyi mətbuat konfransında bu barədə məlumat verilib. "Qaynar xətt" ATGTİ daxilində ali təhsil müəssisələrində korrupsiya halları ilə mübarizəyə yönəldilib.

Əsas məqsəd tələbələrin hüquqlarını müdafiə etmək, ali və orta ixtisas təhsili müəssisələrində korrupsiya hallarının qarşısının alınmasına kömək göstərməkdir. "Qaynar xətt"ə hər bir tələbə öz şikayəti və ya məlumatı ilə müraciət edərək təhsil aldığı ali təhsil müəssisəsində baş verən korrupsiya halları haqqında informasiya verə bilər. Məlumatlar toplanacaq və yekunda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim olunacaq. Bu addımla təşkilat korrupsiya ilə mübarizə barədə prezidentin sərəncamının tələbələr arasında həyata keçirilməsinə dəstək olacaq.

Xəbər lenti

Xəbər lenti