...

Azərbaycan Səhiyyə Nazirliyi yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb

Cəmiyyət Materials 18 Mart 2011 12:01 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə martın 16-da keçirilən test imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycan Səhiyyə Nazirliyi yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə imtahanların nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Səhiyyə Nazirliyi yoluxucu xəstəliklər və psixiatriya ixtisasları üzrə martın 16-da keçirilən test imtahanlarının nəticələrini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, imtahanlarda 47 həkim müvəffəqiyyət qazanıb.

Həkimlərdən 2 nəfəri 100 bal toplayaraq ən yüksək nəticə göstərib.

İmtahanlardan uğurla keçən həkimlərə sertifikatlar təqdim edilib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

Sertifikasiya üzrə yanvar-fevral-mart aylarında 14 ixtisas üzrə imtahan keçirilib.

Xəbər lenti

Xəbər lenti