...

Bütün Qafqazın şeyxi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 18 Mart 2011 12:06 (UTC +04:00)
Bütün Qafqazın şeyxi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Bütün Qafqazın şeyxi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bütün Qafqazın şeyxi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Qafqaz Müsəlmanları İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, şeyxülislam hacı Allahşükür Paşazadə Azərbaycan xalqına səadət və rifah, bayram sevinci və xeyirli günlər arzulayıb.

"Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızım milli mədəniyyətinin ən gözəl nümunəsidir. Uca Yaradandan süfrələrə xeyir-bərəkət, nemətlərə təşəkkür diləyi ilə Novruza qədəm qoyan xalqımızın ümdə duaları Vətənimiz, dövlətimiz və zəfərli sabahımız üçündür. Əminik ki, gün gələcək və biz Novruzu doğma Qarabağda qarşılayacaq, el adəti ilə uzun illərin acısını tonqallarda yandırıb, arzularımızı səməni kimi göyərdəcəyik", - təbrikdə vurğulanır.

Astronomik hesablamalara görə, mart ayının 20-dən 21-ə keçən gecə saat 03:20:55-də il təhvil olur.

Xəbər lenti

Xəbər lenti