...

Azərbaycanda hüquq-mühafizə orqanlarının strukturunda islahatlar aparılmalıdır - millət vəkili

Cəmiyyət Materials 18 Mart 2011 13:40 (UTC +04:00)
Azərbaycanda hüquq-mühafizə orqanlarının strukturunda islahatların aparılmasına ehtiyac var.
Azərbaycanda hüquq-mühafizə orqanlarının strukturunda islahatlar aparılmalıdır - millət vəkili

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M. Əliyev/

Azərbaycanda hüquq-mühafizə orqanlarının strukturunda islahatların aparılmasına ehtiyac var.

Trend-in məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Parlamentin cümə günü keçirilən iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı çıxışında deyib.

O, ölkədə istintaq orqanlarının həddən artıq çox olmasından şikayətlənib və vahid istintaq orqanının yaradılmasını təklif edib.

"İstintaq sistemində mütəxəssislər olmalıdır. İstintaqın əsasını ibtidai istintaq təşkil edir. Müəyyən cinayətlərin açılması üçün ilkin materiallar istintaqın əsasını təşkil edir və bunlar itirilirsə, sonradan bərpa etmək çətin olur. Bu baxımdan, vahid istintaq orqanının yaradılmasını pilot layihə kimi qəbul etmək olar və gələcəkdə bu, özünü doğrultduğu təqdirdə digər sahələrdə də bu məsələni həll etmək lazımdır", - Novruzov vurğulayıb.

O, bildirib ki, korrupsiya ilə bağlı işlərin araşdırılmasının porkurorluq orqanlarına verilməsi ilə gələcəkdə bu istiqamətdə qanun layihələrinə əlavə və dəyişikliklər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti