...

Azərbaycanda mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələrini açıqlanıb

Cəmiyyət Materials 30 Mart 2011 15:49 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi martın 27-də mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələrini açıqlanıb

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Təhsil Nazirliyi martın 27-də mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə elan nazirliyin rəsmi saytında çərşənbə günü yerləşdirilib.

Ümumtəhsil məktəblərində orta (9-cu sinif) və tam orta (11-ci sinif) təhsil səviyyələri üzrə keçirilən sınaq imtahanlarının nəticələri http://exam.edu.gov.az/ ünvanında yerləşdirilib.

Sınaq imtahanları martın 27-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında keçirilib.

Xəbər lenti

Xəbər lenti