...

BMT-nin Cenevrədəki bölməsində "Beynəlxalq Novruz Günü" adlı tədbir keçirilib

Cəmiyyət Materials 30 Mart 2011 20:24 (UTC +04:00)
BMT-nin Cenevrədəki bölməsində "Beynəlxalq Novruz Günü" adlı tədbir keçirilib
BMT-nin Cenevrədəki bölməsində "Beynəlxalq Novruz Günü" adlı tədbir keçirilib

Azərbaycan, Bakı, 30 mart /Trend/

Martın 30-da BMT-nin Cenevrə şəhərində yerləşən bölməsinin Baş Qərargahının binasında Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkiyənin daimi nümayəndəliklərinin təşkilatçılığı ilə "Beynəlxalq Novruz Günü" adlı tədbir keçirilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən məlumat verilib.

Tədbir BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş "Beynalxalq Novruz Günü" adlı qətnaməyə uyğun olaraq keçirilib.

BMT-nin baş katibi tədbirdə çıxış edərək Novruz bayramının adət və ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini qeyd edib.

Tədbir iştirakçıları Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının daimi nümayəndəliyi tərəfindən xonçalarda təqdim edilmiş şirniyyat və milli mətbəx nümunələrinə, ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı video va fotoşəkillərdən ibarət sərgiyə xüsusi maraq göstəriblər. Qonaqlar ölkəmizdə Novruz bayramının qeyd edilməsinin özəllikləri ilə maraqlanıb, tariximizin, mədəniyyətimizin, mətbəximizin və incəsənətimizin zənginliyinə heyran qaldıqlarını gizlətməyiblər.

Xəbər lenti

Xəbər lenti