...

Bu il Azərbaycanda qanunsuz ov edən 120 nəfər saxlanılıb

Cəmiyyət Materials 31 Mart 2011 10:49 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilin əvvəlindən keçirilən reydlər zamanı qanunsuz ov edən 59 nəfəri saxlayıb.
Bu il Azərbaycanda qanunsuz ov edən 120 nəfər saxlanılıb

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilin əvvəlindən keçirilən reydlər zamanı qanunsuz ov edən 59 nəfəri saxlayıb. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cümə axşamı yaydığı məlumatda bildirilir. Qanun pozucularından 54 ov silahı, 134 patron götürülüb. Həmin şəxslərə 43 min manat məbləğində cərimə tətbiq olunub.

Keçirilmiş reydlər zamanı qanun pozucuları Zaqatala, Balakən, Qax, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Qusar, Göygöl, Salyan, Kürdəmir, Bərdə, Yevlax, Goranboy, Astara rayonlarında saxlanılıb.

Reydlər zamanı nazirliyin əməkdaşları tərəfindən respublika ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, bazarlarda və restoranlarda qanunsuz ovlanmış çöl quşlarının satışı faktları aşkar edilib. Nazirliyin məlumatına görə, faktlarla bağlı qanun pozucuları inzibati qaydada cərimə olunub, götürülmüş ov quşları isə yandırılaraq məhv edilib.

Azərbaycanda 2011-ci ilin əvvəlindən milli parkların, dövlət təbiət qoruqlarının, ovçuluq təsərrüfatlarının ərazisində qanunsuz ov etdiklərinə görə isə 61 nəfər saxlanılıb, onlardan 61 ov silahı, 229 patron götürülüb. Qanun pozucularına 52 600 manat məbləğində cərimə tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti